ERMƏNİ NİFRƏTİ ÖZÜNƏ TUŞLANIR
Öz milli
keçmişimizlə bahəm dünya tarixini dönə-dönə oxuyub öyrənirəm. Məni ruhən qüvvətləndirən,
qürur hissi doğuran milli qəhrəmanlarımızın, mərd və müdrik dədə-babalarımızın əməllərini
təkrarən xatırlamaqdan doymuram. Xoşuma gəlməyən bir hal odur ki, rəzil və
yaramaz ermənizm siyasəti həmişə bizə müsibət gətirib, yersiz bəlalar bəxş
edib. Lakin bu xain, dargöz millət yamanlığına qarşı bəla əvəzi vermək fikrimiz
olmayıb. Tarixi araşdırmalar, real sənədli mənbələr sübut edir ki, təkcə ermənilərə
deyil, ümumən desək, biz heç bir qeyri-millətə ömrümüz boyu pis gözlə
baxmamışıq. Məqamı yetişəndə də xain ermənilərə
adi bir xətər toxundurmaq da istəməmişik. Bəs başımıza erməni əli ilə açılan o
bəlaların yaranma səbəbi nə ilə bağlıdır? Ermənilərin türk millətinə nifrətinin
əsasında nə durur?!
Erməni nifrəti
barədə mənbələr zəngindir. Ən qədim daş kitabələrindən tutmuş çağdaş elmi əsərlərədək
hər bir sənədi qərəzsiz tədqiq edən təcrübəli tarixçilərimizin qənaəti ilə tam
razıyam. Yekdil nəticə ondan ibarətdir ki, bizə bəslənən erməni nifrəti onların
içindən deyil, bizə gücü çatmayan güclərin gizli əlləri ilə törənmişdir. Əslində
o gizli əllər bəzən aşkar görünməkdən də çəkinməyib. Söz yox ki, insanlıq haqqını
dəyərləndirən yazılı tarixin mizan-tərəzisi qüsursuzdur. Çünki əsl həqiqətlərə
indi özümüz canlı şahid oluruq. Verdiyi hər vədə daim sadiq olan humanist türk
millətinə yönəldilmiş nifrətin qaynar həvəsləndirmə mənbələri hələ sozalmayıb. Hər
cür həmlələr qurulur, xəyanətlər törədilir. Çirkin istəklərinə çata bilməsələr
də, türkün dünyəvi qüdrətindən hürkən güclər geri çəkilmək istəmirlər.
"Dəmir
Aşot" romanı erməni tarixinin tədqiqatçılarına yaxşı məlumdur. Murdar
daşnak əməllərinin iyrənc nümunəsi kimi Aşotun faşistsayağı dediyi sözlər
tez-tez misal çəkilir. Aşot deyir ki, mənim qılıncımdan türk qanı axıb töküləndə
və mən o qanı tapdalayanda rahat olacağam. Bu qaniçənlik ehtirası daimi həyat
eşqi kimi hər bir erməniyə təqdir edilir və yüksək tribunalardan ali milli amal
kimi səsləndirilir. O cümlədən ermənilərin "azadlıq fədaisi" sayılan
Nalbandyanın erməni gənclərinə yazdığı vəsiyyət də hədsiz ikrah doğurur:
"Ey erməni, əgər sən küçədə zəhərli ilan görüb öldürməyibsənsə, eybi
yoxdur, ilandır... Lakin türk görüb öldürməyibsənsə, satqınsan, vicdansızsan,
xalqının düşmənisən, sən erməni deyilsən..."
Məncə, türkə
qarşı nifrətin ən böyük səbəbi erməni milli paxıllığının nəticəsidir. Ermənilər
həmişə türk qədər əzəmətli, cəsur, mərd və xeyirxah bir millət olmaq istəyiblər.
Amma bu istək heç cür baş tutmadığına görə içlərini didib-dağıdan paxıllıq
tufanı səngimir. Türklərə yalnız nifrət bəslənilir. Bu nifrət dalğası dayanmadan
artır. Gecəli-gündüzlü ədavət toxumu səpilir. Yeni doğulan körpə erməni
uşağının beşikdə ikən qulağına ilk deyilən kəlmə məhz o bəslənən nifrətdən ibarət
olur. Dönə-dönə deyilir ki, türk sənin düşmənindir. Bu yolla tifil beyinlər zəhərlənir.
Buna görə də istənilən erməni beynini müayinə etsən, yalnız kin, istehza, hikkə
doğuran simptomları aşkarlaya bilərsən.
Amerikalı
erməni yazıçısı L.Z. Sürməliyanın “Xanımlar və cənablar, müraciətim sizədir”
adlı kitabında türkə erməni nifrətinin bir səbəbi belə izah edilir: “Türklərlə
ermənilər arasınadakı ziddiyyətlərin yaranmasının əsas səbəblərindən biri də
türk və Azərbaycan xalqlarının humanizminə, qayğıkeşliyinə, vətənpərvərliyinə
qarşı erməni millətçilərinin aramsız qəddarlığıdır.”
Haçansa
erməni nifrətinin kəsiləcəyinə inanmıram. Ona görə ki, bəslənilən nifrət erməni
millətinə çox şey qazandırıb. Yer üzündə halal yolla dövlət qurmaq haqqı olmayan
erməni dövlət sahibi olub. Öndə gedən güclü dövlətlərin içərisində qarışıq
nigah fürsətindən istifadə edərək cürbəcür saxta münasibətlər hesabına möhkəm
arxa tapıblar. Lakin nifrətin şaxələnməsi indi erməni əleyhinə işləyir. Daha
xeyir yollarının çoxu bağlanır. Ona görə ki, geniş miqyas alan erməni
qudurğanlığı onların için-için çəkdikləri nifrət yükünü hədsiz artırıb. Erməni
nifrət hədəfinə düşənlərin sırasına ruslar qatıldıqdan sonra döhran dərinləşməyə
başlayıb. Bu böhranı daha kəskin bir hala salan səbəblərdən biri də odur ki,
Ermənistan bütün qeyri-erməniləri, o cümlədən azərbaycanlıları öz doğma
yurdundan qovmaqla monoetnik ölkəyə çevrilib və incidilənlər arasında ruslar da
az deyil.
Gürcü
politoloq Vladimir Sxvedianinin qənaəti erməni nifrətinin özəlliyini yaxşı
açıqlayır: “Ermənilər Rusiya və Gürcüstana qarşı məhz dini zəmində düşmən kəsiliblər.
Onlar bu ölkələrdən öz məqsədləri üçün istifadə edirlər. Di gəl ki, bizə rəğbət
bəsləmək, xeyir vermək istəmirlər. Ermənilərin gürcülərə bəslədikləri nifrətin
kökündə şəxsi maraqlar üstünlük təşkil edir. Dini təfərrüatlara dərindən bələd
olmayan gürcülər kəskin erməni nifrətinin səbəbini dərk edə bilmirlər. Özlərini
“böyük”, “qədim”, “mədəni xristian” adlandıran ermənilər “tənbəl”, “avara”,
“qeyri-düzgün xristian” kimi saydıqları rus və gürcülərə yalnız kin bəsləyirlər.
Onların dini və milli eqoizmi bütün dünyaya çoxdan bəllidir…” Sxvedianinin
bu qənaəti heç kimə qaranlıq deyil. Daşnak siyasətinin əsasını təşkil edən
etnik və dini zəmində nifrət, düşmənçilik və eqoizm halları ildən-ilə daha iyrənc hadisələr
yaradır.
Hələ ki, erməni
nifrətdən doymur. Ona ac-yalavac vaxtında çörək verənlərə də saymazyana münasibət
bəsləyir, yaxud hiyləgər siyasət yürüdür. Bütün millətlər üzərində qələbə
çalmağa can atırlar. Rəsmi İrəvan öz dövlət siyasətini formalaşdıran irqi
üstünlük və nifrət ideyalarının daşıyıcısı kimi hərəkət edir. Erməni kini
dünyanı bürüyür. Hətta ona tarix boyu ağalıq edən ruslara da kinli gözlərlə
baxırlar. Bu baxışın təhlükəsini hələ yaxşı hiss etmirlər. Belə çox getsə, erməni
parlamenti ikinci dəfə gülləbaran ediləcək.
11 iyun 2020-ci il tarixində “Lenta.ru”
saytında Ermənistanın koronavirusla mübarizədə uduzması ilə bağlı yayımlanan
"Cəhənnəmə doğru addımlayırıq" sərlövhəli məqalədə erməni geninə qurd
düşməsi, erməniliyin korlanması özləri tərəfindən sözarası vurğulanır: “Bu günlərdə
ayrı-ayrılıqda öz yaxınlarını dəfn etmiş insanlar tərəfindən nəql edilən
"həyat hadisələrini" yada salmaq lazımdır. Guya onlara köməyə gələn həkimlər
yüz-iki yüz dollar təklif edirlər ki, ölənləri
COVİD-19-dan vəfat etmiş şəxs kimi yazmağa razı olsunlar. Belə şayiələr,
uydurma fikirlər xəstə daşıyanlar arasında çox deyilir. Giya hakimiyyət
orqanları xəstələnmə və ölüm göstəricilərini artırmaq üçün hamını zorla peyvəndləməyə
cəlb edirlər. Bu sayaq insanların şüurunda peyvəndlər nəisə qəsdən pis
infeksiyaya yol açır, sonsuzluğa səbəb olur, erməniləri ölümə məhkum edir və
erməni genini korlayır.”
Əlbəttə, bu etiraf məhz erməni nifrətinin özünə
tuşlanması barədə incə bir işarədir. Hakimiyyət davası nəticəsində Ermənistan
erməniləri ilə Dağlıq Qarabağ ermənilərinin yaratdığı daxili nifrət ocağı isə
bütün istiqamətlərdə güclənən daşnakdaxili ədavəti hərtərəfli körükləyir. Gec də
olsa, öz səhvini anlayan erməni yazıçısı Hovanes Tumanyanın vaxtilə utancaq bir
şəkildə elan etdiyi etirafı da bu gün erməni millətinə yönəldilmiş həyəcan
siqnallarından biri kimi səslənir: “Mən türkləri vəhşi hesab edirdim. Amma biz
ermənilər vəhşilikdə heç kimdən geri qalmırıq.”
Ermənistan parlamentində brifinq zamanı
“İşıqlı Ermənistan” fraksiyasının katibi Gevorq Qorqisyan Ermənistanın Baş
naziri Nikol Paşinyanın sosial şəbəkədə paylaşdığı şəxsi hüquqlara zidd şəkillərə
dair öz fikirlərini izah edərkən xüsusi olaraq qeyd edib ki, Ermənistan hökuməti gündən-günə daha çox dərinləşən
bu təbliğata qarşı addımlar atmasa, bir gün hər şey alt-üst olacaq…Nifrət
atmosferi gündən-günə dərinləşir, bir gün yaman partlayış olacaq.”
Biz o
partlayışın xəbərini səbirsizliklə gözləyirik. Bəlkə, özünə tuşlanan erməni
nifrətinin rüsvayçılığı onlarda azacıq xəcalət təri axıtdı. Lakin hələ
inanmıram. İnana bimirəm ki, ermənidən lap xəcalət qanı da axsa, onların ətrafa
bəslədiyi nifrət seli kəsilən deyil…
İbrahim MƏSİMOĞLU
müharibə
veteranı, hərbi jurnalist

Комментарии
Отправить комментарий