NÖVBƏTİ SİYASİ TƏLXƏKLİYİN GÜLÜNC SƏHNƏLƏRİ

                      

                       

      Beynəlxalaq ictimai fikirdə fərsiz erməni dövləti barədə əsl həqiqətlərin sayı daim artmaqdadır.  Ermənistan hər bir siyasi dərsdən yalnız  “iki” qiyməti alır. Necə ki, iyunun 18-də  Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında keçirilmiş sammitində erməni hökumət başçısının növbəti siyasi təlxəkliyinin gülünc səhnələrinə şahid olduq.

      Sammitdə Avropa İttifaqına üzv dövlətlərin və Şərq Tərəfdaşlığı ölkələrinin dövlət və hökumət başçıları çıxış edirdilər. Çox yetkin bir tərzdə çıxış edən möhtərəm Prezidentimiz İlham Əliyev Şərq Tərəfdaşlığının fəal tərəfdaş ölkəsi kimi Azərbaycanın apardığı dəyərli işlərdən konkret faktlar əsasında açıqlama verdi. Həmçinin qeyd etdi ki, Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizinin işğalını davam etdirirDağlıq Qarabağ və Azərbaycanın daha 7 rayonu 30 ilə yaxındır ki, Ermənistanın işğalı altındadır. Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilmişdir. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş bütün ərazilərindən qeyd-şərtsiz və tam çıxarılmasını tələb edir. Ermənistan bu qətnamələrə, habelə ATƏT, Qoşulmama Hərəkatı, NATOAvropa Parlamenti və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş müvafiq sənədlərə əməl etmək əvəzinə işğal olunmuş ərazilərdə qeyri-qanuni məskunlaşma siyasəti həyata keçirir. Danışıqların mahiyyət və formatını məhv etməyə çalışan Ermənistanın baş nazirinin dediyinin əksi olaraq, Dağlıq Qarabağ Ermənistan deyil, Dağlıq Qarabağ Azərbaycandır və bütün dünya bunu belə tanıyır. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır.

       Cənab İlham Əliyev koronavirus pandemiyasına qarşı görülmüş tədbirlərdən danışaraq sözünü tamamladıqdan sonra Ermənistanın baş naziri Nikol Paşinyan ermənicə replika atdı və yersiz müdaxilə edərək Dövlət Bayrağımızı təhqir edən erməni dığasını Macarıstanda gəbərtmiş yurd sevgili hərbçimiz Ramil Səfərovun ölkəmizə ekstradisiya edildikdən sonra prezidendimiz tərəfindən əhv edilməsini ermənilərə qarşı irqçı siyasət kimi qiymətləndirməyə cəhd göstərdi. Sammit iştirakçıları onun bu ədəbsiz müdaxiləsini və yersiz çıxışını kinayəli baxış və acı gülümsəmələrlə müşayiət etdilər. Ona görə ki, sözügedən hadisənin hüquqi məntiqi tez anlaşıldı. Dəqiq bilindi ki, Macarıstanda  erməni rəzilliyindən doğan o ölüm faktı milli mahiyyət daşısa da, fərdi davranış əsasında törədilmişdi. Belə olan halda  Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı əsasında Azərbaycanı irqçilikdə ittiham edən səfeh Nikol Paşinyan növbəti dəfə yalan və saxtakarlıqda özünü öz əli ilə yerin altına soxdu.
        Söz yox ki, onun siyasi qanmazlığı və iyrənc jestləri cavabsız qala bilməzdi. Odur ki, möhtərəm Prezidentimiz yenidən söz alaraq çıxış etdi. Təmkinli bir şəkildə izahat verdi: “Çıxışımda dediklərim beynəlxalq təşkilatların qətnamələrinə əsaslanan tarixi həqiqətdir. Birincisi, bu, hər kəsə bəlli olan bir faktdır ki, Ermənistan Azərbaycanın ərazisini işğal edib. İkincisi isə Ermənistanın baş nazirinə irqçilik haqqında danışmağı məsləhət görməzdim, çünki erməni terrorçuları dünyaca məşhurdurlar. Parisin Orli 
hava limanında terror hadisəsi törədən Karapetyan soyadlı şəxs sonradan Ermənistana ekstradisiya edilib və Ermənistan prezidenti tərəfindən əfv olunub. Məhz buna görə belə məsələlər ətrafında müzakirə gedəndə ona sakit oturmağı tövsiyə edərdim.”

        Tutarlı və real əks-arqumentlərlə verilən cavabdan Nikolun boğazı qurudu. Kiçik bir müdaxilə ilə özünü ifşa edən Ermənistanın baş naziri Nikol Paşinyan yenə qələt qarışdırmağa can atdı. O, çıxış zamanı ingilis dilində kağızdan oxuyarkən beynəlxalq aləmdə qəbul olunmuş “Naqornıy Qarabağ” sözünə güc verdi. Ermənicə çıxışında isə “Artsax” sözünü işlətdi. Sammit iştirakçılarının çoxu anlaya bilmədi ki, Artsax nə olan şeydir. Hikol isə ingilis dili sarıdan kasadlığını elə bir biabırçı duruma saldı ki, onu bir komik obraz kimi qəbul etdilər. Belə ki, özünü itirən Nikol əvvəlcədən hazırlanan çıxışını kağızdan ingilis dilində oxusa da, sonra fikirlərini hayqanuş dilində daşnaklaşdırdı. Çünki tam rüsvay olmamaq üçün ayrı çıxış yolu qalmırdı.

        Beynəlxalq müstəvidə dığa gədəliyinin bir çirkin məqamı ilə də üz-üzə gəldik. Belə ki, Paşinyanın qoruyucu maska ilə tədbirə qatılması xüsusi diqqət çəkirdi. Bizə yaxşı məlum idi ki, Paşinyan koronavirusa yoluxduğunu elan etmişdi. Bir müddət sonra isə sağaldığını açıqlamışdı. Tibbi mütəxəssislərin rəyinə görə koronavirusa yoluxan və sağalan adam heç kimi yoluxdurmur. Çünki bədəndə anticisim formalaşır və belə olduqda maska taxılmasına ehtiyac qalmır. Qəribə mənzərə yaranmışdı. Sammitdə Paşinyandan başqa heç bir dövlət və hökumət başçısı maska taxmamışdı. Bax, bu murdar mənəviyyat erməni milli hoqqabazlığının, qondarma erməniliyin bir orijinal tipi deyil, bəs nədir?!

                                                                                                           

                                                                                                     İbrahim MƏSİMOĞLU

                                               müharibə veteran, ehtiyatda olan polkovnik-leytenanat


Комментарии

Популярные сообщения из этого блога

“SÖZ VAR EL İÇİNDƏ, SÖZ VAR EV İÇİNDƏ...”

DÖYÜŞÇÜ HAQQINDA SÖZ

“MƏN SÖZÜMÜN AĞASIYAM!”