AÇILDI MUROV YOLU

 


 


Qarlı Ömər aşırımı nigaran baxışlarla,

İmdadına yetmək üçün üz tutdu xilaskara,

Qəm yüklü uca qayalar qanayan yaralarla,

Dərd üstünə dərd gətirdi, acımaq gəlməz kara.

 

Yaralı Ömər sinəsi bölünmüş iki yerə,

Bir tərəfdən daşnaklar, digərində ordumuz

Sısqa bulaqların gözü dikəldi əsgərlərə,

Həmlə vədəsi yetişdi, qönçələndi arzumuz.

 

İlin sonuncu səhəri gəldi həmlə əmrimiz,

Yayıldı ilk güllə səsi lal sükutlu zirvədən,

Daşnağın sübh yuxusunu pozdu qəfil həmləmiz.

Səksəkəli bic dığalar əsdilər hər zərbədən.

 

Ömərə nicat tapıldı, açıldı Murov yolu,

Söküldü qırx səkkiz mina, piyadalar axışdı.

Taqım döyüş düzülüşü alındı çox uğurlu,

Yağı müdafiə xətti çalın-çarpaz qarışdı.

 

Murovun şaxta libası, eniş-yoxuşlu yolu,

Badalaq vurdu düşmənə, saldı onu tələyə.

Cinah atəş yardımına əl atdı hər eloğlu,

Başı pozuq gic dığalar ölü düşdü dərəyə.

 

Düşməni Yol evinədək qovdu qoçaq Əbülfət,

İri yeraltı qazmalar eşim-eşim eşildi.

Verildi zirək Adilə həmlə üçün vəkalət,

Nacar yağı əsgərinin başı-gözü deşildi.

 

Elman xəncəri atəşlə soyutdu acığını,

İsmayıl arxa yamacda açdı yolun sağını.

Şahanə ilk taborumuz qarda boğdu yağını,

Azad oldu yad əllərdən bizim Murov yolumuz.

 

“Yeddi başlı əjdahamı? Yoxsa nədir bu düşmən?

-Dəyişdi dağ döyüşündə Xarizin fikirləri-

“O, milçəkdən də kiçikdir! Buna şəkk etmə, hökmən’’.

Döyüşçü politoloqun boşaldı sinirləri.

 

İlk ötəri rəy acısı sarsıtdı gənc əsgəri,

Daşnak çırağını qırdı, Xarizin qənaəti.

Əzildi həşarat kimi düşmənin hər nəfəri,

Həkk olundu tarixlərə əsl Murov cəsarəti.

 

Həmlənin qızğın dəmində tükəndi sursatımız,

Bəs nə edək: qaçır daşnak, verək ölüm payını!

Qaya daşı kara gəldi, artdı güllə sayımız,

Ülgüc   daşlar vıyıldadı , tutdu yağı başını.

 

Elman pələng tək vuruşdu, həm də əsgər əvəzi,

Bir yandan komandir kimi ucaltdı öz səsini.

Coşan döyüşçü nifrəti, sanki hünər əvəzi

Söküldü göz qırpımında Murovun daş qəfəsi.

 

Qanlı Yol evi boyunca bizə baş əyən dağlar,

Qisas alan ordumuzun mərd qəlbinə gül əkdi.

Doğma ayaq səslərindən şadlanan ensiz yollar,

Şən tabor igidlərinə əl açıb sığal çəkdi.

 

Komandir Valeh əfəndi heyran oldu həmləyə,

Təqdimatlar tez yazıldı Ali Baş Komandana.

Yol açdı igid medalı sonrakı qələbəyə,

Vəcdə gəldi ulu Vətən, igid doğan hər ana.

 

Bürüdü yanar Murovu döyüşün kef havası,

Daşnak meyit qoxusu, tankların nəriltisi.

Son ugurlu həddə çıxdı, ər oğullar davası,

Mütləq bizə qismət olar azad yurd gəzintisi.

 

İbrahim  Məsimoğlu

                                    

Комментарии

Популярные сообщения из этого блога

“SÖZ VAR EL İÇİNDƏ, SÖZ VAR EV İÇİNDƏ...”

DÖYÜŞÇÜ HAQQINDA SÖZ

“MƏN SÖZÜMÜN AĞASIYAM!”