HAQQ SƏSLİ HƏKİM
Mənə şəfa verən tibb xidməti polkovniki Aftandil
Namazova ithaf edirəm
Əzəli
türk torpağı Vedinin mərd oğludur,
Hərb içində doğulmuş millətin ər qoludur,
Yeganə
həyat yolu ulu Qorqud yoludur,
Yanan
qəlbi söndürən hərb həkimi Aftandil
!
Hər
şəfa tapan əsgər onun bir qan qardaşı,
İnam
dolu sözündən əriyər böyrək daşı,
Yurda
can verənlərin ən yaxın bir sirdaşı,
Ümidlərə
nəfəs verən hərb həkimi
Aftandil !
Qorxusuzluq
kök atıb onun baba genində,
Səbri
qısa
olsa da hünəri dünya enində,
Biliyi
çox hüdudsuz,
eşqi yurd ürəyində,
Əlacsıza
əlac edən hərb həkimi Aftandil !
Haqq
dadına tez çatar,
haqsıza heç əyilməz,
Qərəzli
güllələrə tuş
gəlsə də gömülməz,
Dili
könül
dilmancı, kəm ağıla yenilməz,
Sözünü üzə
deyən hərb həkimi Aftandil !
Parlaq
zabit
vüqarı ruhumuzun qidası,
Şərəfli oğulların
tükənərmi vəfası ?!
De
görüm, çin çıxarmı xainlərin röyası
?!
Daşnak
qəlbini sökən hərb
həkimi Aftandil !
Bəzən
susur içində fikrinə düyün
düşür,
Elin qara
günləri göz önündə ötüşür,
Qarabağ harayında dığalarla söyüşür,
Öz xalqına
güvənən hərb həkimi Aftandil !
İBRAHİM MƏSİMOĞLU
Hərbi yazıçı-jurnalist

Комментарии
Отправить комментарий