Qarlı Ömər aşırımı nigaran baxışlarla, İmdadına yetmək üçün üz tutdu xilaskara, Qəm yüklü uca qayalar qanayan yaralarla, Dərd üstünə dərd gətirdi, acımaq gəlməz kara. Yaralı Ömər sinəsi bölünmüş iki yerə, Bir tərəfdən daşnaklar, digərində ordumuz Sısqa bulaqların gözü dikəldi əsgərlərə, Həmlə vədəsi yetişdi, qönçələndi arzumuz. İlin sonuncu səhəri gəldi həmlə əmrimiz, Yayıldı ilk güllə səsi lal sükutlu zirvədən, Daşnağın sübh yuxusunu pozdu qəfil həmləmiz. Səksəkəli bic dığalar əsdilər hər zərbədən. Ömərə nicat tapıldı, açıldı Murov yolu, Söküldü qırx səkkiz mina, piyadalar axışdı. Taqım döyüş düzülüşü alındı çox uğurlu, Yağı müdafiə xətti çalın-çarpaz qarışdı. Murovun şaxta libası, eniş-yoxuşlu yolu, Badalaq vurdu düşmənə, saldı onu tələyə. Cinah atəş yardımına əl atdı hər eloğlu, Başı pozuq gic dığalar ölü düşdü dərəyə. Düşməni Yol evinədək qovdu qoçaq Əbülfət, İri yeraltı qazmalar...