"SALAMƏLEYKÜM" SİZLİK DEYİL, AY GEVORK PETROSYAN!

 

                       

                           

        Ağlı olmayan erməni siyasi liderləri bizimlə aparılmış savaşda tam və qəti məğlubiyyətin nəticələrindən hələ yaxşı ibrət götürə bilmirlər. Bəzən elə qeyri-real və ağlasığmaz fikirlər deyirlər ki, bişmiş toyuğun da gülməyi gəlir. Yalnız sonu görünməyən bir halda bir-biri ilə didişir, bir xalq olaraq ortaq məxrəcə gələ bilmirlər. Bəziləri də Qarabağda savaşın yenidən başlayacağından dəm vururlar. Kənardan verilən məsləhətləri eşidən də yoxdur. Gözünü korluğa, qulağını karlığa salan daşnak başçıları əsassız olaraq Qarabağ statusundan söz salır, rus sülhməramlılarının yumşaq davranışından, müəyyən tərəfkeşliyindən istifadə edərək terrorçuluğa qurşanır, təslim sənədinə zidd olaraq qırğın halları törətməyə cəhd edirlər.

        Savaş meydanında diz çöküb geri çəkilsə də, ordusunun 80 faizini itirsə də, minlərlə əsgəri qanına qəltan edilsə də, habelə tikə-tikə olan əsgər leşinin bir qisminin ya ayaq, ya baş, ya bədən, ya da əl parçasını da tapa bilməyən erməni analarının acı fəryadını kəsə bilməsə də, Ermənistanın faşist xunta rejimi təslim sənədinin icrası ilə bağlı üzdə bir söz deyir, arxada isə xəyanət əməllərindən əl çəkmək istəmir. Əslində olmayanı astarlamağa dəyərmi?! Erməni saytlarında hələ də “Artsax” bölmələri qüvvədədir. Rəsmi müsahibələrdə, siyasi debatlarda da Qarabağ kəlməsindən çox az danışılır. Hətta utanıb-qızarmadan Artsaxın de-fakto varlığını söyləyir, yenə də qan axıtmaq istəyirlər.  

       Söz yox ki, aranı qızışdıran əsas qüvvə xarici erməni diasporudur. Xüsusən Rusiyada möhkəm təməl qoymuş erməni diasporu öz faşist niyyətini açıq şəkildə bəyan etməkdədir. Rusiyalı oliqarx, Rusiya Erməniləri İttifaqının rəhbəri Ara Abramyan erməniləri yeni müharibəyə sövq edir. O, qonşu ölkələrlə düşmənçilik edən xalqını sülhə çağırmaq, yaranmış böhranlı vəziyyətdən çıxış yolu tapmaq, Qarabağ səhvindən dərs almaq, njdeizm kimi cinayətkar faşist ideologiyasından imtina etmək, özgə torpağına göz dikməkdən əl çəkmək əvəzinə daşnaksayağı yekəxanalıq edir, başı girməyən yerə bədənini soxur. Düzdə gedə bilməyib şumda şıllaq atan Ara Abramyan o qədər qudurub ki, siyasi lider məharətinə görə bütün dünyada rəğbətlənən müdrik Prezidentimizi təhdid edir, başından yekə kəlmələr işlədir, yiyəsiz və yaramaz küçə uşağı kimi çərənləyir. O yalnız müharibə istəyir, Qarabağ torpağında yeni qan tökülməsini qaçılmaz sayır və bununla da çörək yediyi süfrəyə tüpürərək Rusiya sülhməramlılarının statusunu və rolunu heçə endirir. O,  ar gözləmədən verdiyi forslu müsahibələrində rahat yaşadığı, möhkəm sığındığı ölkəyə açıq-aşkar təpik atır, Rusiya qanunlarını pozaraq, Rusiyada yaşayan erməniləri yeni Qarabağ müharibəsinə səsləyir və beli qırılmış erməni ordusunu dirçəltmək, onun dağılmış arsenalını bərpa etmək üçün xeyli maliyyə vəsaiti ayırır.

        Şərəfli qələbəmizi həzm edə bilməyən Ara Abramyan deyir ki, Qarabağ müharibəsində erməniyə qarşı guya bütün dünya vuruşurdu, yoxsa Ermənistan təslim ola bilməzdi. Əslində bu şovinist və faşist niyyətli çıxış Rusiyada aparılan üstüörtülü erməni siyasətindən xəbər verir. Erməni diasporu gizlində və heç kimin unamadığı əyri-üyrü yollarla Rusiyanın parçalanması üçün cəhdlər göstərir. Qarabağ davası bir bəhanə kimi ortaya atılır. Güman edilir ki, Ara Abramyan kimi naxələflər Rusiyanı da erməni dövlətinə çevirmək xəyalına düşüblər. Dünya tarixini erməniləşdirməkdən utanmayan bu millətin “olduğu kimi yox, istədiyi kimi görünmək” prinsipi qlobal səviyyədə boğulmasa, çox biabırçı hadisələrlə üzbəüz duracağıq.

       Atalarımız yaxşı demişlər: İnsanın dili sandıq, dodaqları qıfıl olmalıdır. Yəni dil zəngin olduğu qədər mərifət həddini gözləməlidir ki, yalnız rəğbət qazansın, könül yarasına səbəb olmasın. Çox yığcam və incə mətləbli bu atalar sözümüzü, görəsən, ermənilər eşitsələr, nə deyərlər?! Məncə, eşitsələr də qulaqardına vuracaqlar. Əxlaqi söhbətlərimizdə geniş intişar tapan bu müdrik ifadə, vallah, ermənilik deyil. Çünki erməni dili cəfəngiyyat sandığı, dodaqları isə qıfılsızdır. Tarixən insanlıq çərçivəsindən çox kənara çıxan bu zatıqırıq millət öz qələtindən bir nəticə çıxarmayıb və heç vaxt da çıxarmayacaq.

       “Çiçəklənən Ermənistan" fraksiyasının üzvü olan deputat Gevork Petrosyan keçirdiyi brifinqdə Nikol Paşinyana qarşı bir sıra ittihamlarını dilə gətirərək guya ölkənin bütünlüklə Azərbaycanın nəzarətinə keçmə perspektivinə işarə etmiş və kinayə ilə demişdir ki, əgər Ermənistanda baş nazir postunda Nikol Paşinyan qalacaqsa, yaxın vaxtlarda bizim parlamentin spikeri iclaslara "salaməleyküm" deyərək başlayacaq. Bu çıxış siyasi gicbəsərliyin tipik bir nümunəsidir. Yelbeyin erməni düşüncəsi bundan artıq olan deyil.

        Fürsət düşmüşkən o sarsaq Gevork Petrosyana bir dini-əxlaqi dərs vermək istəyirəm. Qoy qananlar qansın, qanmayanların cəzası uca Allahımız tərəfindən cəhənnəmdə verilər. Görüş zamanı “salaməleyküm” demək müsəlman xalqlarının ənənəvi salamlaşma kəlməsidir. Bu kəlmədən islam dininə iman gətirən bütün insanlar xüsusi hörmət hissləri ilə istifadə edirlər. Bir çox dillərin fonetik xüsusiyyətinə görə, o dəyərli kəlməni müxtəlif cür səsləndirirlər. Bir dildə “salam” kimi, digər bir dildə isə “səlyam” kimi deyilir. Müqəddəs Quranımızda salamlaşma  kəlamı  “əs-səlamü-əleykum” kimi yazılır və ərəb dilinə görə “sülh içində olasınız” və ya “sizə sülh və əmin-amanlıq arzulayıram” mənasını ifadə edir.

      “Salaməleyküm” həqiqətən çox dəyərli kəlmədir. Hər görüşdüyün adama əmin-amanlıq diləmək əsl insanlıq əməlidir. Bəs, “barev” deyilən erməni salamı müsəlmanın hər rastlaşdığı kəsə “sülh arzulamaq” hikmətini daşıya bilir, ya yox? Ehtimal ki, Gevork Petrosyan bu sualın dürüst cavabını bilsə də dilinə gətirməz. “Barev”in məna yükünü bəşəri tərəzidə çəkərək "salam-əleyküm"ün yükü ilə müqayisə etmək üçün ən əvvəl insan əxlaqına sahib olmalısan. Daşnaklar heç vaxt belə insanlıq dəyərlərini üstün tutmur, yalnız təhqirə, saxtakarlığa, tarixi-mədəni oğurluğa güc verirlər.

        Bizim dini-əxlaqi etiketlərimizə kinayə ilə baxan o siyasi axmağa kəsə deyirəm: Özünüzə yalnız öz murdar dünyanızdan lağ yeri seçin. "Salaməleyküm" sizlik deyil, ay Gevork Petrosyan! Sənlə qarışıq bütün siyasi liderləriniz də erməni siyasi arenasında Nikolun çevrilmiş bir iyrənc üzüdür. İnsanlıq həddini gözləyin, əks-təqdirdə təkcə Qarabağdan deyil, həm də yer kürəsindən qovulacaqsınız!...

                                             İbrahim MƏSİMOĞLU,

                   müharibə veteranı, ehtiyatda olan polkovnik-leytenant

 

 

 

   

 

 

 

 

 

 

Комментарии

Популярные сообщения из этого блога

“SÖZ VAR EL İÇİNDƏ, SÖZ VAR EV İÇİNDƏ...”

DÖYÜŞÇÜ HAQQINDA SÖZ

“MƏN SÖZÜMÜN AĞASIYAM!”