Сообщения

Сообщения за 2020

İLAN ÖLDÜRƏNİN GÜNAHI VARMI?!...

Изображение
                                                  İnsan olan kəs həm təbii yolla baş verən ölümü, həm də qəsdən kimisə öldürmə, müxtəlif məqsədli qətl hadisələrini qeyri-xoş duyğularla qəbul e d ir. Hətta bəzən müəyyən zəruri şərtlərə görə çox labüd hal kimi dəyərləndirilsə də, əsl bəşər övladı ölümə “yox” deyir , həyat eşqini üstün tutur. Bu barədə zəngin mədəni tarixə malik olan xalqımızın hikmət xəzinəsində nə qədər desən dəyərli fikirlər, müdrik deyimlər hifz edilməkdədir. Ağsaqqal və ağbi r çəklərimiz dönə-dönə o hikmətləri misal çəkir, yetişən gənclərimizə günahlı iş görməkdən uzaq durmağı məsləhət görürlər. Suçlu əməllərə batmaq daim eyib sayılır.       Bu və ya digər məsələdə təqsirkarlığın məqbul tərəfi də var. Hikmət xəzinəmiz...

“BAŞINI DİK TUT, ANA CAN, MƏN ÖLMƏYƏ GETMİRƏM...”

Изображение
                                  Vətən xiffəti çəkməkdən, Qarabağ savaşımızın canüzən uğursuzluğundan o qədər əsəbi söhbət edirdik ki, xüsusən gənc nəsil daha sülh danışıqlarını həqarət sanır, yalnız dava etməyi üstün tuturdu. Əksər cavanlarımız daha çox şəhidlik arzusundan söz salırdılar. Hirsli-hirsli deyirdilər ki, belə şərəfsiz yaşamaqdansa, erməni kimi xain və faşist bir millətin çox yalançı, mənasız sülh sicilləmələrinə qulaq asmaqdansa, vətən savaşına başlayaq, ya şəhid olaq, ya da qazi!        Samuxlu gəncimiz Əfqan Rövşən oğlu Nuriyev da belə düşünürdü. O, Sarıqamış kənd orta məktəbində oxuyan zaman həyatda əsas arzusunun nə olduğu barədə inşa yazısında şəhid olmaq qayəsini ayrıca vurğulamışdı. Yazmışdı ki, nə qədər Qarabağ müsibəti çəkmək olar, müddətsiz həsrətdən gözlərimə qan gəlib, daha bəsdir, mən Qarabağımızın azadlığı uğrunda şəhid olmağa...

SƏNİNLƏ ÖLDÜM, SƏNİNLƏ DİRİLDİM, MƏNİM ŞƏHİD TURALIM!

Изображение
                            Həyat insana bağışlanmayıb, yalnız borc kimi verilib. Bu borcu gərək mərdanə ödəyəsən. Mənim igid oğlum Tural kimi! Qorxu deyilən bir hissi heç vaxt yaxına buraxmayan cəsur övladım Tural Qasımov   Ağdərə istiqamətində gedən qanlı-qadalı döyüşlərdə şəhid olaraq mənə müqəddəs bir rütbə qazandırıb. Şəhid anası rütbəsi! Mən bu adla daim fəxarət duyuram.                  Şəhidlik vətən və millət yolunda öz canından keçməyə razı olan insanların fəth etdiyi ən yüksək zirvədir. Şəhidlər təmsil olunduğu xalqın şərəf, qeyrət, ucalıq imzasıdır. Ölüm əslində kiminsə bu dünyada yoxluğu demək deyil. Ölüm əbədi diyara səfərdir. O diyara şəhid kimi getmək bir bəxtiyarlıqdır. Şəhidlik hər yurddaşımızın qisməti ola bilər. Mənim fikrimcə, bu həqiqəti heç bir azərbaycanlı inkar edə bilməz. Böyük şairimiz Xəlil Rza Ulutürk demişkən,...

ATA QANININ, ANA SÜDÜNÜN HAQQINI MƏRDANƏ VERDİK!...

Изображение
                                          Haçan cəsur cəbhədaşlarımla birlikdə düşmənə qalib gələcəyimiz barədə söhbət düşürdüsə, hamımız 1-ci Qarabağ savaşının iştirakçısı kimi bir ağızdan deyirdik: Gücü gücümüzdən az, ağlı ağlımızdan az bir azğın düşmənə biz məğlub ola bilmərik! Sözümüzün axırında qeyrət, namus məsələsi açılanda isə hirsimizdən lap boğulurduq. Deyirdik ki, erməni deyilən bir məxluq arsız bir simadır, onun varlığında qeyrət, namus nə gəzir! Yaxşı ki, biz ötən illər acıqlı olduq, qaşqabaqlı olduq, amma ümidsiz olmadıq. Qələbə çalacağımıza çox inandıq. 30 ildən sonra qoca tarix biz deyən həqiqətlərə şahid oldu. Yağı düşmən 44 gün ərzində əzildi, həm də yaman əzildi. Ata qanının, ana südünün haqqını mərdanə verdik. Çoxdan a rzuladığımız Zəfər paradını da görmək bizə qismət oldu. Bu parad gözüm...

İGİD DÖYÜŞDƏ MƏLUM OLAR

Изображение
                                                              Arxasını böyük güclərə dirəyən xain erməni elə güman edirdi ki, fələk göydən yerə ensə də, Azərbaycan Dağlıq Qarabağ uğrunda heç vaxt hərbi qələbə qazana bilməyəcək. Biz isə gümana yox, reallığa dayaqlanırdıq. Yəqin bilirdik ki, separatçı ermənilər 1-ci Qarabağ müharibəsində müvəqqəti əldə etdiyi şərəfsiz qələbəyə görə bizə xor baxsalar da, əsassız erməni təkəbbürü yalnız Ermənistan ictimai fikrində qabarıq əks olunurdu. Ona görə də beynəlxalq siyasi masada ermənipərəst qüvvələr hərbi yolun açılmasına hər cür maneələr yaradır, gerçək dəlilləri olmayan qərarlar qəbul edir, saxta ideyalar qondarırdılar. Dərindən düşünən erməni başları isə daim həyəcan içində qalmışdı. Axı, öz...