Сообщения

ZÜLFİ RUHLU ZÜLFÜQAR HEÇ VAXT KORŞALA BİLMƏZ

Изображение
  Müzəffər ordumuzun təməl daşını qoyan 701 saylı motoatıcı briqadamızın mətin kəşfiyyatçıları ilə hər söhbətdən tükənməz mənəvi güc alırdım. Hər biri fərqli bir igid kimi sevilirdi. Bu mərdlik bölüyü səbəbsiz yaranmamışdı. Qəlbimizdə milli qəhrəman kimi ucalan Rəhman Köçərioğlunun təlim-tərbiyə verdiyi əsgər və zabitlərin içərisində zəif qüvvəni necə tapa bilərdin?! Bir dəfə şəhid qardaşımız baş leytenant Kərimov Zülfi Habil oğluna verdiyim suala cavab alanda qaneedici fikrimi tamamlayaraq dedim ki, Zülfinin zülfüqarı altından, görəsən, haçansa bir murdar dığa salamat çıxa bilərmi?! Əlbəttə ki, heç vaxt! Ona görə ki, Masallı rayonunun Qızılağac kəndində doğulub mərdanə bir ruhda ərsəyə gəlmiş bu igidimiz nankor erməni işğalçılarına qarşı həyata keçirdiyimiz hərbi əməliyyatlarda düşmənə qan uddururdu. Şücaətini, döyüşçü bacarığını, qələbə ruhlu həmlələrini müntəzəm olaraq təzələyən Zülfi Kərimov öz silahdaşları arasında daim heyranlıq doğururdu. O, kimisə yamsılamırdı, bir qayda ol...

KAMRAN AYRILIĞININ ACISI

Изображение
                                                    Həyat tale imtahanları ilə doludur. Hər bir halda qalib gəlməyin səbəbləri müxtəlifdir. Gərək taleyini kor qoymayasan. Əsas güc mənəvi gücdür. Çalışmalısan ki, ünsiyyətdə olduğun insanların məhəbbətini qazanasan. Uğurlu tale imtahanları hərəyə bir cür nəsib olur. Polkovnik-leytenant Kamran Allahyar oğlu Məmmədov tale imtahanlarından heç vaxt çəkinmirdi. O, milli şərəfimizi uca tutan çox dəyərli və təmənnasız bir hərbçi dostumuz kimi daim sevilməkdədir. Həm ordu kontekstində, həm də mülki həyatda yaratdığı bütün qarşılıqlı münasibətlərdə onun sözü ilə əməli həmişə bir-birini tamamlayırdı. Başqalarının maraqları arxasında gizlənərək öz istəklərinə nail olmaq istəyənlərdən çox uzaq dururdu. Hədəfi milli mərdanəlik idi. Yalnız ulu və müqəddəs vətənimizlə birgə nəfəs alırdı. Keşməkeşli hərbç...

"Feyruz Qurbanov cəsurların ən cəsuru kimi fəxri ad almışdır..."

Изображение
  Feyruz Qurbanov      Bu fani dünyada ya həmişəlik olmağın, ya da birdəfəlik ölməyə qarşı bir çarənin tapılması mümkün deyil. Amma mərdanə yaşamağın yaxşı əlacı var. Göz dəyməsin, millətimiz bu sarıdan çox mənəvi ağrı keçirmir. Keçmiş və indiki tariximiz kimə bəlli deyil. Həyat qavrayışının zirvələri, mənəvi sərvətləri bizdən ötrü əlçatmaz sayılmır. Dinc həyatda hərəmizin dərdli-dərdsiz öz yaşam tərzi olsa da, mərdlik yolunda etibarlı və cəsur silahdaşlarımız saya gəlmir. Ona görə də həm real, həm də xəyali situasiyaların axarında biz nə qədər çətin fikirlərə qərq olsaq da, nikbinliyimizi itirməmişik. Həmişə mərdanəliyi üstün hesab etmişik. Şabran rayonunun Məliklər kəndində doğulub ərsəyə gəlmiş Feyruz Əlihüseyn oğlu Qurbanov milli mərdanəliyimizin misilsiz səhifələrini yaratmış şəhid silahdaşlarımızdan biridir. O, “Xilaskar” ləqəbli basılmaz taborumuzun unudulmaz müqəddəs bir simasıdır. Feyruz Qurbanovun fədakar döyüşçü həyatının ilk addımı 1993-cü ilin aprelində ...

ÇOX DƏYƏRLİ KONTR-ADMİRALIMIZ RAFİQ ƏSGƏROV

Изображение
                        Tabeliyində olan zabit və əsgərləri mərdanə bir ruhda yetişdirən komandir həmişə qalib olur, nikbinləşir və nadir hallarda içindən yaralana bilər. Bu, hərbçiliyin pozulmaz qanunudur. Komandir həm öz söz və mühakimələrində, həm də bütün xidməti işlərində fərqli əzəmət, mənəvi ucalıq göstərərsə, ədalətli mövqedə duraraq nümunəvi vətənçilik əməlləri ilə seçilərsə, demək, əsl komandirdir. Bu müqəddəs yolda hərbi qanun-qaydalara yaxşı əməl edən kəs az büdrəyər. Əldə edilmiş təcrübələr sübut edir ki, hərbçi üstünlüyü təkcə hərbi peşəkarlıq məziyyətlərində əks edilmir, hətta sıra yerişində, ünsiyyət tərzində, əmr nəfəsli baxışlarında, ana yurdun müdafiəsi ilə bağlı arzu və istəklərdə özünü büruzə verir. Milli ordu quruculuğu sahəsində xüsusi xidmətləri ilə öncül mövqe tutmuş çox dəyərli kontr-admiralımız Rafiq Əsgərov həmin yüksək keyfiyyətləri ilə seçilən komandirlərimizdən biri kimi daim sevilməkd...