Сообщения

Сообщения за сентябрь, 2020

İGİD KÜRƏKDƏN YOX, ÜRƏKDƏN VURAR

Изображение
                                      27 sentyabr 2020-ci il. Payızın beşinci günündə sönməz iradəli ordumuzun erməni işğalçılarının növbəti təxribatına qarşı ilk əks-həmləsi nəticəsində bizi bezdirən işğal dözümümüz ana yurd təbiətimizin saralmış yarpaqları kimi ayaqlarımız altına sərildi və yoxa çıxdı. Qələbə şadlığı içərisindəyik. Düşmən tapdağı altında inildəyən torpaqlarımız qüdrətli ordumuzun hünərli hücumları sayəsində   hissə-hissə azad edilir. Şanlı uğurlar qazandığımız bu tarixi günlər – cari ilimizin payızı heç vaxt unudulan deyil. Ötən 30 ilə yaxın bir zamanda   dözə-dözə özümüzə təskinlik verdik ki, dözüm gücün, tərslik isə zəifliyin övladıdır. Amma çox ağrılı olsa da, tükənməz qüvvə, əsl qüdrət övladı olmaq istədik. Yağı düşmən elə zənn etdi ki, biz yalandan doymayan sadə bir lafçıyıq. Yox ay dığa, sözçü...

LERİKLİ ARİF VƏ ONUN İGİDLƏRİ

Изображение
    Atəşkəs elan olunduqdan sonra ermənilər gecələr səmaya fasiləli atəş açırlar. Bu, hədə-qorxu deyil. Onu göstərir ki, düşmən yenə də təcavüzkar niyyətindən əl çəkmir. “N” taborunun igidləri də öz səngərlərində sayıq dayanıblar. Budur, müharibənin çox üzünü görmüş ordenli zabit Arif Məmmədov fikirli-fikirli oturub atəş xəttini müşahidə edir. Asudəlikdir. Lerikli igiddən müsahibə almaq üçün ona yaxınlaşıram. - Cənab zabit, düşmən atəşkəsə ciddi əməl edirmi? - Bizim bölgədə əməl edir. Amma onlara bel bağlaya bilmərik. Bir hərbçi kimi biz şirin sözlərə yox, gerçək əməllərə inanırıq. - Atəşkəs haqqında döyüşçülərimizin fikri necədir? - Biz istəyirik ki, süni yaradılmış Qarabağ münaqişəsi sülh yolu ilə həll edilsin. Müharibə heç kimə xeyir gətirməyib. Amma düşmən torpağımızı tərk etməsə, sözümüz sözdür: son damla qanımızadək Vətəni müdafiə edəcəyik. - Arif, qardaşım, deyirlər ki, sizin tabor müharibədə çox uğurlu döyüş yolu keçib. Xüsusən Kəlbəcər bölgəsində bu ilin əvv...

MÜHARİBƏ HAQQINDA KİTABIN QƏLƏBƏ RUHU

Изображение
                                 Qaynar həyat hadisələri də, bədii təxəyyül də son nəticədə yaradıcılıq məhsulu   olaraq yazı­çı­nın həyat gerçəkliklərinə təkcə fəal münasibəti ilə deyil, həm də sözün qüdrətindən isti­fa­də bacarığı ilə oxucu diqqətini özünə çəkir. Belə əsərlər həm tarixi yaşadır, həm də real tarix olaraq daimi ömür sürür. Bu prosesdə oxucu yaddaşı mühüm rol oynayır. Son 30 ilin ədəbiyyatı səfeh siyasət yeridən və super güclər hesabına yaşayan Er­mə­nistan dövlətinin Azərbaycana qarşı torpaq iddiası ilə başlayan müharibəyə bağlanıb. Bu səbəbdən də   çox aktual xarakter daşıyan müharibə mövzulu ədəbiyyatımız yaranıb. Erməni işğalı başlayan gündən etibarən başımıza açılan müsibətlər və igid oğullarımızın qəhrəmanlıq əməlləri real faktlar əsasında yazılmaqdadır. Dəyərli bədii-sənədli əsərlər yüksək maraqla oxunur. Ən yaxş...