KAMRAN AYRILIĞININ ACISI
Həyat tale imtahanları ilə doludur. Hər bir halda qalib gəlməyin səbəbləri müxtəlifdir. Gərək taleyini kor qoymayasan. Əsas güc mənəvi gücdür. Çalışmalısan ki, ünsiyyətdə olduğun insanların məhəbbətini qazanasan. Uğurlu tale imtahanları hərəyə bir cür nəsib olur. Polkovnik-leytenant Kamran Allahyar oğlu Məmmədov tale imtahanlarından heç vaxt çəkinmirdi. O, milli şərəfimizi uca tutan çox dəyərli və təmənnasız bir hərbçi dostumuz kimi daim sevilməkdədir. Həm ordu kontekstində, həm də mülki həyatda yaratdığı bütün qarşılıqlı münasibətlərdə onun sözü ilə əməli həmişə bir-birini tamamlayırdı. Başqalarının maraqları arxasında gizlənərək öz istəklərinə nail olmaq istəyənlərdən çox uzaq dururdu. Hədəfi milli mərdanəlik idi. Yalnız ulu və müqəddəs vətənimizlə birgə nəfəs alırdı. Keşməkeşli hərbç...