Сообщения

Сообщения за 2023

URFULLAHIN MƏNƏVİ DÜNYASINDA ÇƏTİNLİK VƏ QƏTİYYƏTSİZLİK ANLAYIŞI YOX İDİ

Изображение
  Vətənimizin müdafiəsində çox sınaqlardan çıxmışıq. Həqiqətən vəfalı silahdaşlıq hər şeyi asanlaşdırır, hər cür bəxşişlər edirdi. Ona görə qalib çıxırdıq ki, doğma yurdumuzun azadlığı naminə davamlı mənəvi ümumilik bizə tükənməz güc verirdi. Dövlət müstəqilliyimizin ağır günlərində etibarlı və cəsur silahdaşımız olan Urfullah Qurbanov Naxçıvan Muxtar Respublikası Dövlət Müdafiə Komitəsinin Əks-kəşfiyyat şöbəsinin  rəisi və Heydər Əliyevin səlahiyyətli hərbi nümayəndəsi kimi vətəncanlı gəncəlilər arasında çox sevilirdi. Onunla ilk görüşüm ölkəmizin müdafiə işlərində fəallıq göstərən Gəncə şəhərinin baş notariusu Elşən Əliyev vasitəsilə alındı. Ünsiyyət zamanı bir-birimizə mənən çox bağlandıq. Naxçıvanın müdafiəsi ilə bağlı apardığı məsul işlərdə onun göstərdiyi fitri zirəklik və qoçaqlıq nümunələri bizi hədsiz ruhlandırırdı.  Doğrudan da, hər bir açıq və ya gizli hərbi əməliyyatın fərqli qoxusu mövcuddur. Bu qoxu qeyri-ixtiyari bir durumda adamı dəliqanlı edir. Başqa ...

TABOR KOMANDİRİ TARİYEL MUSAYEV: " DÜŞMƏNİN BELİNİ DAHA ƏYMİŞİK..."

Изображение
                                           Füzuli torpağının laləli düzündə, yovşanlı təpələrində qanlı döyüşlərimiz davam edir... Qabırğasının qalınlığına salan erməni işğalçıları Aşağı Əbdürrəhmanlı kəndini tərk etmək istəmirlər. Onlar kəndin yaxınlığında və yüksəkliklərdə elə dərin səngərlər, yeraltı qazmalar hazırlayıblar ki, artilleriyaçılarımızın aramsız atəşləri də kara gəlmir. Beş saatlıq mövqe döyüşündən əsəbləri gərilmiş sıravi əsgər Etibar Əhmədov əlini sursat döşlüyünün sol cibinə soxdu və bir əl qumbarası çıxarıb sazladı. İrəli çıxıb “PK”-çılarımıza ərkyana çığırdı:  - Məni himayə edin. Qudurmuş dığanı səngərdə boğazlamaq istəyirəm. Cəsarəti olan dalımca gəlsin. İrəli! Etibarın qisasalıcı hücumunun, necə deyim, iki iti göz istəyirdi tamaşasına dursun. Düşmən səngərinin başı üstünü kəsənəcən “İrəli” nidaları dilindən düşmədi. Qəzəbli əsgər harayı ilə şaqra...