Сообщения

Сообщения за декабрь, 2022

GÜC, CƏSARƏT VƏ İNANC ƏSL DÖYÜŞÇÜ QANI DAŞIYAN ƏSGƏRLƏRDƏ OLUR

Изображение
  Səngər mühitində doğulan ordumuzun başına ilk quruculuq illərində unamadığımız bəlalar açıldı. Müvəqqəti olaraq ana yurdumuzun bir hissəsi daşnak tapdağı altında inildədi. Çoxsaylı itki acılarını yaşadıq, amma nə qürurumuzu, nə də cəsarətimizi itirdik. Gücü doğru olanın qələbəsi də doğru olar. Özgələr hesabına müəyyən işğalçı əməllər törədən vandal ermənilər, axır ki, müzəffər ordumuz qarşısında diz çökdü. 1-ci Qarabağ müharibəsində cəsur əsgər kimi iştirak etmiş İlham Zahid oğlu Allahverdiyev öz döyüş yolunda şahid olduğu ibrətli hadisələri, ordumuzun inkişaf mərhələlərində yaşadığı çətin məqamları yadından çıxara bilmir. 13 mart 1992-ci il tarixindən etibarən doğma Azərbaycan Ordusunda hərbi xidmətə başlayan bu igidimiz dönə-dönə söyləyir ki, ordumuzun təməli qoyulanda biz bütün çətinliklərə qarşı dözüm və səbir göstərməsəydik, müşkül vəziyyətlərdə mərdanə qan-tər axıtmasaydıq, tülkü soyundan əmələ gələn daşnaklara döyüş dərsi keçməsəydik, qalib ordumuzun inkişafı çox ləngi...

ŞƏRƏF DÖYÜŞÇÜ RUHUNUN SÖNMƏZ GÜCÜDÜR

Изображение
                         Qarabağ kontekstində savaş tariximizin həm ağrılı ilk illəri, həm də dəmir yumruqla tamamlanan sonluğu bizdən ötrü unudulmaz bir tarixdir. Bəzi uğursuz hərbi əməlliyyatlara görə ötən düyünlü gün-güzəranımıza, super güclər hesabına erməni faşistlərin törətdikləri vandal əməllər ucbatından yaddaşımıza həkk olunan bəzi qanqaraldıcı savaş səhifələrinə kəc baxmaq bizdən ötrü lüzumlu sayıla bilməz. Savaş sınaqlarından yaxşı dərs ala-ala son nəticədə müzəffər bir ordu yaratdıq. Uğurlu Qarabağ savaşımız xalqımızın ürəyini uca bir dağa döndərdi.         İstər 1-ci, istərsə də 2-ci Qarabağ müharibəsi ilə bağlı ibrətamiz xatirələrimiz çoxdur. Müharibə iştirakçılarının hər biri fərqli tale yaşayıb. Kimi qısa döyüş yolu keçmiş, kimi də zəfər günümüzədək şərəfli səngər ömrü sürmüşdür. Hər bir əsgər taleyinin zaman məsafələrində nisbi bir meyar olsa da, verilən də...