GÜC, CƏSARƏT VƏ İNANC ƏSL DÖYÜŞÇÜ QANI DAŞIYAN ƏSGƏRLƏRDƏ OLUR
Səngər mühitində doğulan ordumuzun başına ilk quruculuq illərində unamadığımız bəlalar açıldı. Müvəqqəti olaraq ana yurdumuzun bir hissəsi daşnak tapdağı altında inildədi. Çoxsaylı itki acılarını yaşadıq, amma nə qürurumuzu, nə də cəsarətimizi itirdik. Gücü doğru olanın qələbəsi də doğru olar. Özgələr hesabına müəyyən işğalçı əməllər törədən vandal ermənilər, axır ki, müzəffər ordumuz qarşısında diz çökdü. 1-ci Qarabağ müharibəsində cəsur əsgər kimi iştirak etmiş İlham Zahid oğlu Allahverdiyev öz döyüş yolunda şahid olduğu ibrətli hadisələri, ordumuzun inkişaf mərhələlərində yaşadığı çətin məqamları yadından çıxara bilmir. 13 mart 1992-ci il tarixindən etibarən doğma Azərbaycan Ordusunda hərbi xidmətə başlayan bu igidimiz dönə-dönə söyləyir ki, ordumuzun təməli qoyulanda biz bütün çətinliklərə qarşı dözüm və səbir göstərməsəydik, müşkül vəziyyətlərdə mərdanə qan-tər axıtmasaydıq, tülkü soyundan əmələ gələn daşnaklara döyüş dərsi keçməsəydik, qalib ordumuzun inkişafı çox ləngi...