Сообщения

Сообщения за октябрь, 2024

ZÜLFİ RUHLU ZÜLFÜQAR HEÇ VAXT KORŞALA BİLMƏZ

Изображение
  Müzəffər ordumuzun təməl daşını qoyan 701 saylı motoatıcı briqadamızın mətin kəşfiyyatçıları ilə hər söhbətdən tükənməz mənəvi güc alırdım. Hər biri fərqli bir igid kimi sevilirdi. Bu mərdlik bölüyü səbəbsiz yaranmamışdı. Qəlbimizdə milli qəhrəman kimi ucalan Rəhman Köçərioğlunun təlim-tərbiyə verdiyi əsgər və zabitlərin içərisində zəif qüvvəni necə tapa bilərdin?! Bir dəfə şəhid qardaşımız baş leytenant Kərimov Zülfi Habil oğluna verdiyim suala cavab alanda qaneedici fikrimi tamamlayaraq dedim ki, Zülfinin zülfüqarı altından, görəsən, haçansa bir murdar dığa salamat çıxa bilərmi?! Əlbəttə ki, heç vaxt! Ona görə ki, Masallı rayonunun Qızılağac kəndində doğulub mərdanə bir ruhda ərsəyə gəlmiş bu igidimiz nankor erməni işğalçılarına qarşı həyata keçirdiyimiz hərbi əməliyyatlarda düşmənə qan uddururdu. Şücaətini, döyüşçü bacarığını, qələbə ruhlu həmlələrini müntəzəm olaraq təzələyən Zülfi Kərimov öz silahdaşları arasında daim heyranlıq doğururdu. O, kimisə yamsılamırdı, bir qayda ol...