ÇOX DƏYƏRLİ KONTR-ADMİRALIMIZ RAFİQ ƏSGƏROV
Tabeliyində olan zabit və əsgərləri mərdanə bir ruhda yetişdirən komandir həmişə qalib olur, nikbinləşir və nadir hallarda içindən yaralana bilər. Bu, hərbçiliyin pozulmaz qanunudur. Komandir həm öz söz və mühakimələrində, həm də bütün xidməti işlərində fərqli əzəmət, mənəvi ucalıq göstərərsə, ədalətli mövqedə duraraq nümunəvi vətənçilik əməlləri ilə seçilərsə, demək, əsl komandirdir. Bu müqəddəs yolda hərbi qanun-qaydalara yaxşı əməl edən kəs az büdrəyər. Əldə edilmiş təcrübələr sübut edir ki, hərbçi üstünlüyü təkcə hərbi peşəkarlıq məziyyətlərində əks edilmir, hətta sıra yerişində, ünsiyyət tərzində, əmr nəfəsli baxışlarında, ana yurdun müdafiəsi ilə bağlı arzu və istəklərdə özünü büruzə verir. Milli ordu quruculuğu sahəsində xüsusi xidmətləri ilə öncül mövqe tutmuş çox dəyərli kontr-admiralımız Rafiq Əsgərov həmin yüksək keyfiyyətləri ilə seçilən komandirlərimizdən biri kimi daim sevilməkd...