Сообщения

Сообщения за декабрь, 2023

URFULLAHIN MƏNƏVİ DÜNYASINDA ÇƏTİNLİK VƏ QƏTİYYƏTSİZLİK ANLAYIŞI YOX İDİ

Изображение
  Vətənimizin müdafiəsində çox sınaqlardan çıxmışıq. Həqiqətən vəfalı silahdaşlıq hər şeyi asanlaşdırır, hər cür bəxşişlər edirdi. Ona görə qalib çıxırdıq ki, doğma yurdumuzun azadlığı naminə davamlı mənəvi ümumilik bizə tükənməz güc verirdi. Dövlət müstəqilliyimizin ağır günlərində etibarlı və cəsur silahdaşımız olan Urfullah Qurbanov Naxçıvan Muxtar Respublikası Dövlət Müdafiə Komitəsinin Əks-kəşfiyyat şöbəsinin  rəisi və Heydər Əliyevin səlahiyyətli hərbi nümayəndəsi kimi vətəncanlı gəncəlilər arasında çox sevilirdi. Onunla ilk görüşüm ölkəmizin müdafiə işlərində fəallıq göstərən Gəncə şəhərinin baş notariusu Elşən Əliyev vasitəsilə alındı. Ünsiyyət zamanı bir-birimizə mənən çox bağlandıq. Naxçıvanın müdafiəsi ilə bağlı apardığı məsul işlərdə onun göstərdiyi fitri zirəklik və qoçaqlıq nümunələri bizi hədsiz ruhlandırırdı.  Doğrudan da, hər bir açıq və ya gizli hərbi əməliyyatın fərqli qoxusu mövcuddur. Bu qoxu qeyri-ixtiyari bir durumda adamı dəliqanlı edir. Başqa ...