VETERAN YURD AZADLIĞI UĞRUNDA DÖYÜŞMÜŞ CANLI BİR ŞƏHİDDİR
Respublika Müharibə Veteranları Təşkilatlarının Koordinasiya Mərkəzi nin sədri ehtiyatda olan polkovnik Əzizağa Qənizadə ilə müsahibə – Söz yox ki, xalqımızın döyüş veteranları öz fəaliyyətində hər şeydən öncə yurd müdafiəsi barədə düşünür və öz müqəddəs borclarını yeri gələndə fədakarcasına yerinə yetirirlər. 44 günlük şanlı Vətən müharibəsində də həmin mübariz ruhlu ənənə daha yüksək bir səviyyədə yaşadıldı. – Müharibə veteranı adı müqəddəs bir mahiyyət daşıyır. Obrazlı desək, veteran yurd azadlığı uğrunda döyüşmüş canlı bir şəhiddir. Qaneedici haldır ki, vətənimizin müdafiəsində iştirak edən yurddaşlarımıza həmişə ehtiramla diqqət yetirilir, onların cəsur, qəhrəman və şərəfli əməlləri yüksək qiymətlərə layiq görülür. Çox səmimi bir şəkildə bəyan edə bilərik ki, müharibə veteranları ictimai həyatımızda hörmətli və mötəbər şəxs...