Сообщения

Сообщения за август, 2021

POLKOVNİK-LEYTENANT MƏNSUR NƏCƏFOV: “DÖYÜŞ GÜCÜMÜZÜN TƏMƏL DAŞLARINDAN BİRİ KİMİ BİZ FİZİKİ KAMİLLƏŞMƏ YÜKÜNÜ MƏRDANƏ DAŞIYAN VƏTƏNCANLI KLUB KOLLEKTİVİYİK”

Изображение
  (Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubunun rəisi polkovnik-leytenant Mənsur Nəcəfovla müsahibə) – Yoldaş polkovnik-leytenant, bizə yaxşı bəllidir ki, Mərkəzi Ordu İdman Klubunun qalibiyyət boğçası yarandığı gündən etibarən müntəzəm surətdə müxtəlif mükafatlarla dolur. Çünki təməlimiz möhkəmdir. Səngər qoynunda doğulmuş müzəffər bir ordu sahibiyik. Erməni işğalçılarına qarşı 44 günlük “Dəmir yumruq” adlı hərbi əməliyyatımız dünya hərb tarixində yeni izlər saldı. Fəxr edirik ki, bu hərbi zəfərin davamlı gedişi idman sahəsində də qənaətbəxş bir axardadır. Belə ki, Tokio yay olimpiadasında doğma Azərbaycanımızın yunan-Roma güləşçisi kimi bürünc medal qazanmış Mərkəzi Ordu İdman Klubunun hərbi qulluqçusu, baş leytenant Rafiq Hüseynov həmin zəfərin hünərvər davamçılarından biridir.   – Həqiqətən hansı sahədə olursa-olsun, qalib gəlmək qəhrəman xalqımızın ali amalıdır. Tarix canlı şahiddir. Heç bir halda məğlubiyyətlə barışmırıq. Söz yox ki, Tokio yay olimpiadası ilə...