BİZ DÖYÜŞÇÜLƏR SİZƏ ÇOX GÜVƏNİRİK!
T Ə B R İ K M Ə K T U B U
Hörmətli
general-leytenant Kərim Vəliyev!
Sevimli Prezidentimiz, müzəffər Ali Baş Komandanımız
İlham Əliyev cənablarının sərəncamına əsasən Müdafiə nazirinin birinci müavini -
Azərbaycan Ordusunun Baş Qərargah rəisi vəzifəsinə təyin edilməyiniz münasibətilə
Sizi səmimi-qəlbdən təbrik edirəm. 1-ci Qarabağ savaşında ordumuzun təməl
daşını qoyan 701 saylı motoatıcı briqadanın döyüşçüsü, təcrübəli hərbi
jurnalist və dəyərli iki zabit atası kimi çox yaxşı bilirəm ki, bu təyinat qalib
ruhlu Azərbaycan Ordusunun şəxsi heyəti, yurdcanlı Azərbaycan xalqı üçün çox
xeyirli bir təyinatdır. Tam əminəm ki, Sizin yüksək sərkərdəlik qabiliyyətiniz,
fərqli idarəetmə üslubunuz, üstün hərbçi keyfiyyətləriniz hesabına çox uğurlara
imza atacağıq.
Vətən uğrunda müqəddəs savaş və məşəqqətli səngər həyatı
hər yurd övladının təkcə vətən eşqinin nə dərəcədə olduğunu sınağa çəkmir, həm
də onun mərdliyinin bütün əlamətlərini təbii surətdə aşkara çıxarır. Sizin kimi
qüdrətli generallarımızın hünəri sayəsində 2-ci Qarabağ savaşında ordumuz xain
düşmənə əsl döyüş dərsi, hücum tənbehi, həmlə cəzası verdi. Peşəkar hərbçi
anlamında real döyüşçü general kimi nümunə göstərmək və ön xətdə fədakar mövqe
tutaraq ali hədəflərimizə yetişmək fəlsəfəsinin dəyişməz bir məntiqi mövcuddur.
Söz yox ki, o məntiq sönməz vətən sevgimizə, Sizin yurdcanlı xarakterinizə əsaslanır.
Biz döyüşçülər Sizə çox güvənirik. İnşallah, nümunəvi rəhbərliyiniz altında zəfər
tariximiz daha da zənginləşəcək, yeni zirvələr fəth edəcəyik.
Mən bər-bəzəksiz həqiqəti çox sevirəm. Ona görə də
həmişə şəxsi mühakimələrimdə gerçəkliyə istinad edirəm. Vaxtilə beş il birbaşa
tabeliyinizdə olduğum zaman tam əmin oldum ki, Siz məmləkətimizin müdafiə məsələləri
ilə bağlı görülən mühüm işlərdə ordumuzun öncül bir generalı, gerçək həqiqətlərin
layiqli daşıyıcısı kimi dəyərli vətən oğlusunuz. Üstün hərbi dəyər və məziyyətlərin
ən vacib cəhətləri Sizin təmiz vicdana dayaqlanan əməli fəaliyyətinizdə əks
olunur. Yeni başladığınız yüksək vəzifədə Sizə doğma Azərbaycanımızın hərtərəfli
tərəqqisi, şanlı ordumuzun döyüş hazırlığının modern bir səpgidə yüksəldilməsi
naminə aparacağınız möhtəşəm işlərdə saysız-hesabsız uğurlar arzulayıram.
Hörmətlə
İbrahim Məsim oğlu İsgəndərov
hərbi jurnalist, ehtiyatda olan
polkovnik-leytenant,
Mərkəzi Ordu İdman Klubunun mülki işçisi
25 iyul 2021-ci il

Комментарии
Отправить комментарий