MƏNƏVİ ŞÜCAƏTİ FİZİKİ ŞÜCAƏT KAMİLLƏŞDİRƏR

 

                    


      Hər hansı bir ölkədə doğulmaq kimdən ötrü həqiqi mənada tam doğmalıq sayıla bilər?! Çox düşündürücü sualdır. Doğmalıq prinsipinə əsasən doğum yurdunda gərək ləyaqətli ömür sürəsən və əsl vətən sevgisi qazanasan. Bu, çox mühüm bir məsələdir. Unutmaq olmaz ki, vətən sevgisi üçün ən dəyərli tələb mənsub olduğun ölkənin doğma övladı olmaqdır. Eşq olsun əsl doğmalığa!...

       Doğmalıq kontekstində sönməz əsgər vüqarının ən mühüm şərtlərindən biri qalib zirvəsinə sahib olmaqdır. Qucaqladığım bu mərd igidlər öz idman zəfəri ilə o sahibliyi əldə etmiş Mərkəzi Ordu İdman Klubunun qeyrətli idmançı əsgərləridir. Biri Əliabbas Rzazadə, biri də Orxan Abbasovdur.

     Haqqında qısa söz açmaq istədiyim klubun cəsur yetirmələri kimi onlar növbəti uğuru Şimali Makedoniyanın paytaxtı Skopyedə 23 yaşadək güləşçilər arasında keçirilən Avropa çempionatında qazanmışlar. 36 ölkədən 425 idmançının iştirak etdiyi qitə birinciliyində Azərbaycan güləşçiləri uğurlu mübarizə apararaq 9 medal qazanmışlar. Komandanın tərkibində müzəffər ordumuzun qalib əsgəri kimi yarışlara qatılan Mərkəzi Ordu İdman Klubunun iki idmançısı Əliabbas Rzazadə və Orxan Abbasov çempionatı gümüş medalla başa vurmuşlar. Doğrudan da, mənəvi şücaəti fiziki şücaət kamilləşdirər. Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubunda, necə deyərlər, mayalanan fiziki şücaət mühüm zəfər açarı kimi daim vurğulanmaqdadır. Bu həqiqəti artıq bütün dünya bilir.

       Biz həyatımızda özümüzü çox sınamışıq. Gücümüz də var, təpərimiz də. Yaxşı bilirik ki, əməli surətdə qazanılan vüqar hissləri insan boynunu mərdanə ucaldır, caxta şöhrətpərəstlik mövqeyindən doğan hisslər isə, əgər belə demək mümkündürsə, insan boynunu yalnız üfürüb şişirdir. Həmişə mənfi mənəvi təzahürlərdən uzaq durmağa can atırıq.

     Əsl vüqarlı ömür sürmək daim başucalığı bəxş edir. Güc-qüdrət bizdən, zəfər Allahdandır. İnşallah, bütün bəlalardan sıyrılarıq. Halal güzəranımızı, axan alın tərimizi Allah qarşılıqsız buraxmaz. Ömrümüz daim bərəkət versin. Ədalətli Qarabağ savaşımızla adımız daşlara qızıl xətlə yazıldı, igidlik möhürümüz ulu tarixə vuruldu.

       Daim var olasınız igid oğullarımız!

                                         İbrahim MƏSİMOĞLU

                       müharibə veteranı, ehtiyatda olan polkovnik-leytenant

Комментарии

Популярные сообщения из этого блога

“SÖZ VAR EL İÇİNDƏ, SÖZ VAR EV İÇİNDƏ...”

DÖYÜŞÇÜ HAQQINDA SÖZ

“MƏN SÖZÜMÜN AĞASIYAM!”