ÜRƏYİMİZDƏN XƏBƏR VERƏN ROMAN
Doğrudan, tale də daim cəsurların tərəfində olur. Mənimlə bahəm vətən savaşının ağrı-acılarını yaşayan və üstəlik doğma rayonu Zəngilanın işğal dərdinin soyuqluğunu içində yox edə bilməyən qələm yoldaşım, yurdcanlı cəbhədaşım Vahid Məhərrəmovla yaradıcılıq söhbəti edərkən həmişə bir-birimizə ürək-dirək verir və mənfur erməni işğalçıları üzərində tezliklə qələbə çalacağımızdan inamla söz salırdıq. Bütün diskussiyalarda, mübahisəli məqamlarda həm inadlı mövqeyimizin, həm də bizi qələbəyə doğru aparan güclü inam hisslərimizin ölçüsü pozulmurdu. Dediyimizi yenə deyirdik. Qətiyyən bədbinliyə qapılmırdıq. Bəzən sevdiyimizi əldə edə bilməsək də, əldə etdiyimizi qəlbən oxşamağa çalışırdıq. Erməni faşizmi ...