ERMƏNİ FAŞİZMİNİ İFŞA EDƏN NADİR PARKIMIZ
Doğrudan da, həqiqəti qəbul etmək həqiqəti dəyişməkdən çətindir. Haqlı olduğumuza görə biz müqəddəs istəyimizə nail ola bildik. Qaranlıq bir dalana salınmış Dağlıq Qarabağ münaqişəsinin birdəfəlik həllinə qanımız və canımız hesabına çıxış yolu açdıq və bütün dünya ədalətli Vətən müharibəmizin həqiqətlərini qəbul etmək məcburiyyəti qarşısında qaldı. Dağlıq Qarabağ həqiqətini dəyişdirməyə cəhd edənlər qeyri-ixtiyari olaraq susmağa üstünlük verdilər. Müzəffər ordumuz mükəmməl hərbi strategiya və taktika əsasında “Dəmir yumruq” əməliyyatını bir gün də olsa dayandırmadı, hərbi anlamda keçilməz sayılan sədləri yarıb keçdik. İnanılmaz qalib döyüşçü nümunələri göstərdik, çoxlu sayda müxtəlif hərbi qənimətlər ələ keçirdik və son nəticə olaraq paytaxtımızın gözəgəlimli bir məkanında Hərbi Qənimətlər Parkı salındı. Bu park dünya hərb tarixinə düşən erməni faşizminin məğlubiyyət lövhəsidir. Açıq səma altında nadir bir üslubda...